Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"yə məğlubiyyətlə başlayıblar

Sayta qoyulub: 18:55 28.10.2016 (254 dəfə oxunub)

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.  İlk yarış günündə 60 kq və 66 kq çəkilərdə mübarizə gedib. Mehman Sadıqov 60 kq çəkidə 1/8 finaldan mübarizəyə başlayıb. O, ilk görüşündə almaniyalı Filip Qrafa uduzaraq təsəlliverici görüşdə iştirak edib. Sadıqov təsəlliverici görüşdə türkmənistanlı Abbas Abasova qalib gələrək bürünc medal uğrunda mübarizəyə haqq qazanıb. Lakin azərbaycanlı cüdoçu bürünc medal görüşündə rusiyalı Albert Oğuzovla bacarmayıb. Bununlada Sadıqov turniri 5-ci pillədə başa vurub.

Eyni çəkidəki çıxış edən Oruc Vəlizadə isə ilk görüşdə fransalı Vensan Mankeyə məğlub olub.

Altmış altı kq-da yarışan cüdoçular da ilk görüşdə məğlubiyyətlə üzləşib. İlqar Müşkiyev moldovalı Denis Vyeruya, Vüqar Şirinli isə portuqaliyalı Sergey Oleynikə uduzub.

Sabah Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparacaq. 73 kq-da mübarizə aparan idmançılar sırasında Azərbaycanı Avropa çempionu və olimpiya mükafatçısı Rüstəm Orucov, eləcə də Fəqan Quluzadə təmsil edəcək. Orucovun 1/8 finalda rəqibi olmadığından, o mübarizəyə 1/4 final mərhələsindən start verəcək. Quluzadə isə yoluna davam etmək üçün pakistanlı Nadim Akramdan üstün olmalıdır. Quluzadə mərhələ keçəcəyi təqdirdə, yarımfinal uğrunda Orucovla görüşməlidir.

Səksən bir kq çəkidə Elvin Əhmədli mübarizəyə 1/16 finaldan başlayacaq. O, növbəti mərhələyə yüksəlmək üçün almaniyalı Benjamin Munnixlə qarşılaşacaq. Qalib cüdoçu 1/8 finalda rusiyalı İvan Vorobyova rəqib olacaq. Ruslan Fərruxzadə 1/8 finaldan başlayacaq və ilk görüşünü monteneqrolu Srcan Mrvalyeviçə qarşı keçirəcək.

Azərbaycan "Böyük Dəbilqə"də 6 çəkidə 12 idmançı ilə təmsil olunur.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat