Yaromir Yaqr NHL-də 7-ci yerə yüksəldi

Sayta qoyulub: 08:17 28.10.2016 (492 dəfə oxunub)

Florida Panters komandasının xokkeyçisi Yaromir Yaqr Toronto Meypl Lifslə  (2:3) qarşılaşmada qol ötürməsi edib. Bundan başqa oyun onun üçün NXL-də 1636-cı olub. Bununla da 44 yaşlı xokkeyçi liqa tarixində oyunların sayına görə Nyu Cersinin müdafiəçisi Skot Stivensi ötərək 7-ci yerə yüksəlib.


Siyahıda 6-cı yer – 1639 oyunla Deyv Andreyçuka məxsusdur.5-ci yerdə  – Kris Çelios (1651), 4-də – Маrк Rekki (1652) gedir. Bu göstəriciyə görə lider isə əfsanəvi Qordi Xoudur – 1767 oyun, Mark Меsye – 1756 və Ron Frensis isə 1731 oyun keçirib.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ