Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Voleybol millilərimizin dünya çempionatındakı rəqibləri bəlli oldu

Sayta qoyulub: 21:53 26.10.2016 (294 dəfə oxunub)

Bu gün Lüksemburqda voleybol üzrə DÇ-2018-in ikinci seçmə mərhələsinin püşkü atılıb. Apasport.az-ın Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən məlumatına görə, qadın və kişilərdən ibarət milli komandamızın da rəqibləri müəyyənləşib.

 Belə ki, qadınlardan ibarət yığmamız E qrupunda Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveçlə mübarizə aparacaq. Bu qrupun bütün görüşləri 30 may 4 iyun 2017-ci il tarixləri arasında Azərbaycanda keçiriləcək.

 

Digər qruplar aşağıdakı kimi formalaşıb.

 

A qrupu: Xorvatiya (ev sahibi), Rusiya, Macarıstan, Yunanıstan, Avstriya, Gürcüstan

B qrupu: Polşa (ev sahibi), Serbiya, Çexiya, Slovakiya, Kipr, İslandiya

C qrupu: Bolqarıstan (ev sahibi), Türkiyə, Rumıniya, İsveçrə, Monteneqro, Kosovo

D qrupu: Belçika (ev sahibi), İtaliya, Belarus, İspaniya, Latviya, Bosniya və Hersoqovina

E qrupu: Azərbaycan (ev sahibi), Hollandiya, Ukrayna, İsrail, Danimarka, Norveç

F qrupu: Portuqaliya (ev sahibi), Almaniya, Fransa, Finlandiya, Sloveniya, Estoniya

 

Kişi voleybolçularımızın rəqibləri isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya olacaq. Bu komandalar arasındakı mübarizə 23-28 may tarixləri arasında Fransada keçiriləcək.

 

Digər qrupların tərkibi isə belədir:

 

A qrupu: Fransa (ev sahibi), Almaniya, Türkiyə, Ukrayna, Azərbaycan, İslandiya

B qrupu: Hollandiya (ev sahibi), Slovakiya, Yunanıstan, Avstriya, Lüksemburq, Moldova

C qrupu: Sloveniya (ev sahibi), Belçika, Portuqaliya, Latviya, İsrail, Gürcüstan

D qrupu: Estoniya (ev sahibi), Rusiya, Monteneqro, Rumıniya, Macarıstan, Kosovo

E qrupu: Xorvatiya (ev sahibi), Serbiya, Belarus, Danimarka, İsveçrə, Norveç

F qrupu: Çexiya, Finlandiya, İspaniya, İsveç, Kipr, Şimali İrlandiya

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat