Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Sayta qoyulub: 08:45 25.10.2016 (195 dəfə oxunub)

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitənin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, bu gün bütün dünyada dopinqə qarşı tədbirlər sərtləşdirilir: "Beynəlxalq Antidopinq Təşkilatı idmançıların 7000-dən artıq dərmandan istifadə etməsinə qadağa qoyub. Həmin dərmanlardan istifadə edən idmançılar dərhal yarışlardan uzaqlaşdırılır. Bu hal 3 dəfə təkrarlandıqda idmançıların beynəlxalq yarışlarda iştirakına ömürlük qadağa qoyulur. Bu, hər bir ölkə üçün vacib şərtdir. Düzdür, Azərbaycanda buna riayət edilir. Gənclər və İdman Nazirliyinin Antidopinq Komissiyası yaradılıb, idmançılar xüsusi yoxlamadan keçirlər. Qadağan olunmuş dərmanlardan istifadə etdiyi aşkarlanan şəxs dərhal cəzalandırılır”.

Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsinin olmadığını deyən komitə sədri “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanması zərurətinin yarandığını, adıçəkilən yeni layihənin artıq I oxunuş üçün hazır olduğunu nəzərə çatdırıb.

Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını bildirən F.Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

F.Muradov əlavə edib ki, qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb.

Komitə sədrinin sözlərinə görə, qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apelyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. F.Muradov hesab edir ki, bu, problemli hallarda idmançıların öz hüquqlarının qorunmasına yardım edə bilər.

Komitə sədri qeyd edib ki, qanuna uyğun olaraq, hər hansı yarışda iştirak edən idmançı dopinq nəzarətinin həyata keçirilməsi ilə bağlı tələblərə tabe olmağa məcburdur. Bu qanuna riayət olunmama pozulma hesab edilir və qanunvericiliyə uyğun olaraq cəzalandırılır. Pozulmanın müəyyən edilməsi və cəzanın tətbiqi NADA-nın xüsusi səlahiyyət verilmiş şəxsləri tərəfindən həyata keçiriləcək.

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, hazırda nazirliyin tərkibində Antidopinq Komissiyası fəaliyyət göstərsə də, o beynəlxalq antidopinq təşkilatları tərəfindən tanınmır: “Ancaq yaranacaq yeni qurum beynəlxalq idman təşkilatları və andidopinq qurumları tərəfindən tanınacaq və onlarla bu sahədə sıx əməkdaşlıq ediləcək”.

Nazir əlavə edib ki, bu qurum beynəlxaq idman təşkilatlarının tələbinə əsasən yaradılacaq.

 

 

 

 

 

 

 

 

 

 

Trend

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat