İspaniyada mövsümün laureatları müəyyənləşdi

Sayta qoyulub: 08:35 25.10.2016 (559 dəfə oxunub)

İspaniyada mövsümün laureatları müəyyənləşdi

 

Dünən İspaniya primerosunda 2015/16 mövsümünə görə laureatlar müəyyənləşib.

 

Ən yaxşı debütant: Маrко Аsensio (Real/Espanyol).

 

Ən yaxşı qapıçı: Yan Oblak («Atletiko»).

Ən yaxşı müdafiəçi: Dieqo Qodin («Atletiko»).

Ən yaxşı məşqçi: Dieqo Simeone («Atletiko»).

Ən yaxşı yarımmüdafiəçi: Luka Modriç (Real).

Ən yaxşı əcnəbi futbolçu: Luis Suares (Barselona).

Ən yaxşı forvard: Lionel Messi (Barselona).

Azarkeşlərin simpatiyası:Antuan Qrizman («Atletiko»).

Ən yaxşı oyunçu: Antuan Qrizman («Atletiko»)

 

Qeyd edək ki, ilin məşqçisi nominasiyasında ilk 3-lüyə nə Luis Enrike , nə də Zinəddin Zidan düşüb. Dieqo Simeone ilə birlikdə  bu mükafat uğrunda Marselino Qarsiya Toral (Vilyareal) və Eduardo Berisso (Selta) mübarizə aparıblar.

Maraqlıdır ki, son çempion Barselonanın cəmi 4 üzvü nominantlar arasında yer alıb. Messi ən yaxşı forvard , Luis Suares isə ən yaxşı əcnəbi futbolçu seçilib. Onlardan başqa namizədlər sırasında Klaudio Bravo və Serxio Buskets yer alıblar.

 

 

XƏBƏR LENTİ