Bədavi Hüseynov: Neftçiyə də qalib gəlməyi hədəfləmişik

Sayta qoyulub: 09:42 24.10.2016 (439 dəfə oxunub)

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun  müsahibəsi

- "Neftçi"yə qarşı sabah keçirəcəyiniz oyundan nə gözləyirsiniz?
- Komandamızda vəziyyət çox yaxşıdır. Premyer Liqada da uğurlu nəticə qazanmaq istəyirik. Həmişəki kimi, "Neftçi"yə qarşı oynamaq yenə çətin olacaq. Amma qələbə qazanmağı hədəfləmişik.

- Bir neçə gün öncə Yunanıstan PAOK-una qarşı ağır Avroliqa matçına çıxdığınızı nəzərə alsaq, yorğunluq yoxdur?
- Bu oyunla bağlı xoş təəssüratlar var. Vacib qələbə qazandıq. Oyundan öncə bilirdik ki, yenə məğlub olsaq, qrupdan çıxmaq şansımızı heçə endirə bilərdik. Ona görə də oyuna yüksək motivasiya ilə çıxmışdıq.

- İki top fərqilə qalib gəlməyiniz gözlənilməz olmadı?
- Qol buraxmamağımız sevindirici haldır. Amma əsas olan hücum xəttimizin yaxşı oynaması, iki qol vurması oldu.

- Yəqin ki, qrupun digər oyununda lider "Fiorentina"nın "Slovan"ı məğlub etməsi də sizin üçün sevindirici oldu...
- İnanın ki, digər oyunlar bizi maraqlandırmır. Bizim üçün vacib olan ancaq öz oyunlarımızdır.

- Avroliqanın qrup mərhələsində ilk dəfə start heyətdə meydana çıxdınız. Özünüzü necə hiss etdiniz?
- Zədədən sonra mən həmişə əvvəlkindən də yaxşı oluram. Özümü əla hiss edirəm. Tədricən əvvəlki formamı bərpa edirəm.

- Avroliqadakı növbəti matçınız da PAOK-a qarşı, ancaq bu dəfə səfərdə olacaq. Onlara səfərdə də qalib gələ biləcəksiniz?
- İstənilən rəqibi məğlub etmək olar. Oyuna düzgün yanaşsaq, məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirsək, qələbə həmişə mümkündür.

- Yunanıstanda da qələbə qazansanız, qrupdan çıxmaq şanslarınız çox yüksək olacaq...
- Mənə elə gəlir ki, qrupdan hansı komandaların çıxacağına son turda aydınlıq gələcək. Ona görə də bizim üçün hər bir oyun vacibdir. Hər oyundan 3 xalla ayrılmağa çalışacağıq.

 

 

 

 

Bədavi Hüseynov: Neftçiyə də qalib gəlməyi hədəfləmişik

 

 

azerisport.az

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ