Güləşçilərimiz Qitələrarası Kuboku 1 medalla başa vurdular

Sayta qoyulub: 10:18 17.10.2016 (300 dəfə oxunub)

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib. Güləşçilərimiz turniri 1 gümüş medalla başa vurub.

65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli Dağıstan idmançısı ilə qarşılaşan təmsilçimiz məğlub olub və gümüş medalla kifayətlənib.

65 kq-da mübarizə aparan digər güləşçimiz Mahal Novruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada tamamlayıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edib.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ