Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Güləşdə tarixi qayda dəyişikliyi

Sayta qoyulub: 18:42 06.10.2016 (276 dəfə oxunub)

Güləşdə tarixi qayda dəyişikliyi

Bir müddət əvvəl Dünya Güləş Birliyi yunan-Roma güləşi qaydalarında bəzi dəyişikliklər edib. Bu dəyişiklərdən biri yeniyetmə və gənclər arasında keçirilən yarışlarda parter qaydasının ləğv olunması idi. Böyüklər yaş qrupunda isə bu dəyişikliyə Rio Olimpiadasından sonra yenidən baxılması qərarlaşdırılmışdı.

Dünya Güləş Birliyi artıq bu dəyişikliyi təsdiqləyib və ötən il yarım ərzində yeniyetmə və gənclər yaş qrupunda tətbiq edilən bu qayda artıq böyüklər arasında keçirilən yarışlarda da tətbiq ediləcək. Yəni artıq passiv güləşməyə görə parter tətbiq edilməsi qaydası ləğv edilib.

Belə ki, passiv güləşməyə görə ilk dəfə güləşçiyə şifahi xəbərdarlıq ediləcək və protokolda qeyd ediləcək. Eyni güləşçi yenə də passivlik nümayiş etdirərsə ona rəsmi xəbərdarlıq veriləcək. Güləşçiyə üçüncü dəfə passivliyə görə xəbərdarlıq edilərsə o zaman ikinci rəsmi xəbərdarlıq veriləcək və rəqibin hesabına 1 (bir) xal əlavə ediləcək. Bundan sonra baş verəcək hər ikinci xəbərdarlıq rəqibə 1  (bir) texniki xal verilərək qiymətləndiriləcək.

Bütün bu hallarda - passivliyə görə edilən xəbərdarlıq və rəqibə xal verilməsi üçün görüş dayandırılmayacaq.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat