Dünya şöhrətli idmançı POLİSƏ QARŞI ÇIXDI

Sayta qoyulub: 08:09 29.09.2016 (404 dəfə oxunub)

Hazırda qadınların reytinqində dünya ikincisi olan ABŞ tennisçisi Serena Uilyams ölkəsindəki polis özbaşınalığına qarşı çıxıb.

Uilyams qaradərililərə qarşı polis azğınlığına qarşı üsyana qalxıb. Şəxsi “Facebook” səhifəsində polis şiddətini qınayan 35 yaşlı Serena öz başına da gələn bir hadisəni xatırladıb:

“Bir gün telefonda bəzi işlərimi həll etmək üçün 18 yaşlı qardaşım oğlundan məni maşınla gedəcəyim yerə aparmasını istədim. Yolda polis bizi saxlatdırdı. Dərhal sürət həddini aşıb-aşmadığımıza baxdım. Bir anda maşında əri polis tərəfindən öldürülən qadın gözümün önünə gəldi. Maşını özüm idarə etmədiyim üçün peşman oldum. Qardaşım oğlunun başına bir iş gəlsəydi, özümü bağışlaya bilməzdim”.

2016-cı ildə belə şeyləri düşünməyin üzücü olduğunu deyən amerikalı tennisçi fikirlərini belə yekunlaşdırıb:

“Milyardlarla insanı məyus edən o qədər hadisə yaşadıq ki. Bəs deyilmi? Belə hallarda səsimiz çıxartmalı olduğumu düşünürəm. Sabah oğlum və ya qızım olsa, onların halı necə olacaq? Bu kimi hadisələrə səssiz qalmayacam”

 

Dünya şöhrətli idmançı POLİSƏ QARŞI ÇIXDI

Publika.az

XƏBƏR LENTİ