Cavid Hüseynovun məhkəməsi yenə təxirə salındı

Sayta qoyulub: 10:14 16.09.2016 (336 dəfə oxunub)

Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
 
Buna səbəb müdafiə tərəfinin ilkin baxış iclasının qərarından kassasiya verməsidir. Proses qeyri-müəyyən vaxtadək təxirə düşüb.

Qeyd edək ki, C.Hüseynovun adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçir. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum olunub.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ