Kerber bazar ertəsi 1-ci raketka olacaq

Sayta qoyulub: 07:49 09.09.2016 (404 dəfə oxunub)

Almaniyalı Anjelik Kerber bazar ertəsi karyerasında ilk dəfə dünyanın 1 nömrəli raketkası olacaq. Kerber dünən yarımfinalda çexiyalı Karolina Plişkovaya 2 setdə məğlub olan Serena Uilyamsı keçəcək.Maraqlıdır ki, Kerber Sinsinati turnirində qalib olsaydı 1-ci raketka ola bilərdi. Lakin orada alman tennisçi məhz elə Plişkovaya məğlub olmuşdu.

 

Hazırda Kerberin 28 yaşı var.O , ilk dəfə 1-ci raketka olan ən yaşlı tennisçi olacaq. Serena isə 186 həftə ardıcıl 1-ci raketka olmaqla rekordsmen Şteffi Qrafla bərabərləşib.


Kerber bazar ertəsi 1-ci raketka olacaq

XƏBƏR LENTİ