Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Zabit pərəstişkarları ilə görüşəcək

Sayta qoyulub: 20:32 05.09.2016 (392 dəfə oxunub)

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovla görüş keçiriləcək. 

Ölkəmizi dünyada layiqincə təmsil edən idmançı sentyabrın 8-də sevənləri ilə bir araya gələcək.

Park Bulvarda baş tutacaq görüş saat 17:00-dan başlayacaq. İlk yarım saat ərzində media nümayəndələrinin suallarını cavablandıracaq Z.Səmədov bundan sonra pərəstişkarları ilə görüşəcək.
Dünya çempionu bir neçə gün əvvəl ölkə Prezidenti İlham Əliyevlə görüşüb. Dövlət başçısı Z.Səmədovu Çeçenistanda keçirilmiş turnirdə qazanılan qələbə münasibətilə idmançını təbrik edib.

Qeyd edək ki, Z.Səmədov Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində "WBC Muaythai" versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb. Döyüş rəqibin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəlində müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqə 13 saniyə davam edib və 1-ci raundda yekunlaşıb. Həmin döyüşdə Z.Səmədovu Bakıdan Qroznıya getmiş 120-yə yaxın azarkeş dəstəkləyib. 

Turnir çərçivəsində kikboksinq, muaytay və klassik boks qaydaları üzrə 13 qarşılaşma baş tutub: 8 ilkin, 4 əsas və 1 başlıca. Rinqə 11 ölkə – Rusiya, Rumıniya, Belarus, Hollandiya, Xorvatiya, Estoniya, Azərbaycan, Tunis, Özbəkistan, Gürcüstan və Surinam nümayəndəsi çıxıb. Mərkəzi görüş Zabit Səmədovla Katalin Moroşanu arasında baş tutub və yekunda "Mauquli" ləqəbli Azərbaycan idmançısı "WBC Muaythai" versiyası üzrə dünya çempionu kəmərinə yiyələnib

 

Zabit pərəstişkarları ilə görüşəcək

 

(Report.az)


XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat