Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

RİO-2016: Taekvondoçularımızın ilk rəqibləri məlum olub

Sayta qoyulub: 10:35 17.08.2016 (358 dəfə oxunub)

Rio-2016 XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında Azərbaycan idmançılarının birinci mərhələdəki rəqibləri müəyyənləşib. Azərbaycan taekvondoçuları yarışlara səkkizdəbir final mərhələsindən qoşulacaqlar.

Braziliyada tam heyətlə təmsil olunacaq komandamızda qadınların yarışında Avropa çempionatının gümüş medalçısı, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) serbiyalı Tiyana Boqdanoviç ilə üz-üzə gələcək. Avqustun 17-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

Avqustun 19-da isə dayanq üzərinə iki taekvondoçumuz çıxacaq. Birinci Avropa Oyunlarının qalibi Milad Beiqi Harçeqani (80 kq) malili İsmael Koulibali ilə qarşılaşacaq. Bu döyüş saat 17:15-də start götürəcək.

Həmin gün qadınların yarışında mübarizəyə qoşulacaq birinci Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova (67 kq) ilk döyüşündə ABŞ idmançısı Payqe Makferson ilə qarşılaşacaq. Görüş saat 18:30-da start götürəcək. Fəridə Əzizova Olimpiya Oyunlarında ölkəmizi ikinci dəfə təmsil edəcək.

Dünya və qitə çempionu, “Bakı-2015”in qalibi Radik İsayev (80 kiloqramdan yuxarı) isə avqustun 20-də qazaxıstanlı Ruslan Japarovu sınağa çəkəcək. Bu döyüş saat 19:45-da keçiriləcək.

Olimpiadada ölkəmiz ilk dəfə olaraq dörd idmançı - iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Taekvondo üzrə Azərbaycan yığması birinci Avropa Oyunlarında, sonuncu dünya və Avropa çempionatlarında, dünya kuboku yarışlarında uğurla çıxış edib.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat