Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Kamran Şahsuvarlı: “İnana bilmirəm ki, mən bunu bacardım”

Sayta qoyulub: 09:28 16.08.2016 (484 dəfə oxunub)

Kamran Şahsuvarlı: “İnana bilmirəm ki, mən bunu bacardım”

 

Rio-2016 Yay Olimpiya Oyunlarında yarımfinala yüksələrək ən az bürünc medalı təmin edən boks yığmamızın üzvü Kamran Şahsuvarlı (75 kq) görüşdən sonra fikirlərini bildirib. O, əsas hədəfinin qızıl medal olduğunu bildirib.

 

- Ardıcıl iki dünya çempionunu mübarizədən kənarlaşdırdınız. Belə bir şeyi əvvəldən sizə desəydilər inanardınızmı?

- İnanın ki, hələ indi də təəccüb içindəyəm. Sanki yuxudayam. İnana bilmirəm ki, mən bunu eləyə bildim.

 

- Döyüş necə keçdi?

- Rinqə çıxmazdan öncə çox həyəcanlı idim. Başımda o qədər fikirlər var idi ki, nə edəcəyimi, necə vuruşacağımı bilmirdim. Ancaq ilk raunddan sonra rəqibin üslubunu tutdum. Baxdım ki, üstümə gəlir. Üç zərbə vurmalı idim, onu da bacardım.

 

- İndi hamı sizi ən az bürünc medalçı kimi təbrik edir. Bəs siz Rioya hansı əyarlı medal üçün gəlmisiz?

- Bura kimi gəldiyim üçün şükür edirəm. Ancaq hər idmançının əsas arzusu Olimpiya çempionu olmaqdı. Ona görə də sona qədər çalışacam.

 

- Belə fikir var idi ki, bu döyüşdə qələbə qazanan idmançı çempion olacaq. Bu barədə nə deyə bilərsiz?

- Vallah nə deyim, bilmirəm. Hər halda, qıraqdan yaxşı görünür ki, belə deyirlər. Mən də özümə inanıram. Bir də burdan klubuma – “Qəbələ” İdman Klubuna və 3 müəllimimə təşəkkür etmək istəyirəm.

 

- Sonuncu rəqibinizlə bir dəfə də döyüşmüsünüz deyəsən...

- Bəli, mən Qazaxıstanda yaşayanda yeniyetmələr arasında yarışda Janıbeklə döyüşmüşdüm, həm də məğlub olmuşdum.

 

- Demək olarmı ki, ondan əvəz çıxmaq istəyirdiz?

- Elə də demək olar. Həm əvəz çıxmaq, həm də valideynlərimi və mənə inananları, dəstək verənləri şad etmək üçün döyüşdüm.

 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat