Rio-2016: Cüdoçumuz növbəti mərhələdə

Sayta qoyulub: 16:04 07.08.2016 (458 dəfə oxunub)

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edəcək. Oyunların III günü Azərbaycan millisinin daha bir üzvü tatami üzərinə çıxacaq. Komandamızın heyətində Nicat Şıxəlizadə (66 kq) medal uğrunda mübarizə aparacaq. Təmsilçimiz ilk mərhələdən azad olduğu üçün yarışa birbaşa 1/16 final mərhələsindən start verəcək. 2014-cü il Tbilisi Qran-Prisinin qızıl medalçısı olan 27 yaşlı həmyerlimiz ilk cəhdində ispan cüdoçu Suqoy Uriarte ilə üzləşib. O, rəqibinə yuko xalı ilə qalib gələrək 1/8 finala adlayıb. Təmsilçimizin bu mərhələdəki rəqibi italiyalı Fabio Bazile olacaq. Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.

 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ