Oklaxoma Uestbrukla yeni müqavilənin razılığını əldə etdi

Sayta qoyulub: 07:23 04.08.2016 (372 dəfə oxunub)

Oklaxoma pleymeykeri Rassel Uestbrukla məbləği 85,7 milyon dollar olan 3 illik müqavilə barədə razılıq əldə edib.Bu barədə ESPN.com məlumat verib.

 

Məlumata görə Uestbrukun bu gün Oklaxoma Sitiyə gələrək müqaviləyə imza atacağı gözlənilir.

 

27 yaşlı basketbolçunun hazırki sözləşməsi gələn yay başa çatır.Yeni müqaviləyə əsasən onun məvacibi 17,8 milyondan maksimal həddə 26 milyon dollara yüksələcək.

 

 

Xatırladaq ki, iyul ayında komandanın digər lideri Kevin Dürant Qolden Steytə keçmişdi.

 

 

XƏBƏR LENTİ