"Daçiya"nın prezidenti istefa verdi

Sayta qoyulub: 22:03 05.07.2016 (647 dəfə oxunub)

"Kəpəz"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Daçiya"nın prezidenti Adlan Şişxanov vəzifəsindən istefa verib. A.Şişxanov bundan sonra klubun meneceri vəzifəsində çalışacaq. Bununla bağlı danışan Şişxanov qərarını belə izah edib: "Menecer işi komandaya daha yaxın olmaq, hazırlıq prosesində fəal iştirak etmək və komanda daxilindəki ab-havanı daha yaxşı hiss etmək deməkdir. Bu günə qədər məşqçilərə kömək etmişəm. Bundan sonra da yaxşı imkan olacaq. Mən kluba mümkün qədər faydalı olmaq istəyirəm. Elə məhz bu istəklə də kluba daha böyük fayda verəcəyimi düşünürəm".  Qeyd edək ki, "Daçiya"nın "Kəpəz"lə Bakıdakı görüşündə (0:0) Şişxanovun texniki zonadan futbolçulara göstəriş verməsi böyük səs-küyə səbəb olmuşdu.  

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ