Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Alonsonun Bakı gəzintisi

Sayta qoyulub: 06:51 16.06.2016 (311 dəfə oxunub)

Alonsonun Bakı gəzintisi

2016-cı il Formula 1 Avropa Qran Prisinə cəmi bir neçə günün qaldığı bir vaxtda yarışın rəsmi elçisi Fernando Alonso Azərbaycandakı azarkeşləri ilə görüşmək və bolidlərin mühərrikindən çıxan gürultulu səsin Formula 1-in ən yeni treki boyunca yayılmasından əvvəl ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxıb. Avropa Qran Prisinin rəsmi elçisi Bakı turuna Formula 1 təqviminə ən son əlavə olunmuş şəhər trekinin Start/Finiş xəttindən başladı və şəhər gəzintisinə Azərbaycanın təkrarolunmaz milli xalçaçılıq nümunələrinin toxunulduğu Azər-İlmə Xalçaçılıq Mərkəzinə gəlməklə davam edib.

Azər-İlmə zavodu dünya miqyasındə ən yaxşı, eləcə də məşhur xalçaları müasir texnologiya və qədim texnikanın vəhdəti ilə toxuyaraq Azərbaycanda ənənəvi olan xalça sənətinin bir evinə çevrilib. Xalçaçılıq mərkəzinə səyahət zamanı Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışının təbliğatı ilə bağlı verdiyi töhfəyə görə Fernando Alonsoya təşəkkür məqsədilə ona xalça hədiyyə olunub.

Formula 1 üzrə ikiqat dünya çempionu daha sonra 16 hektara yaxın ərazisi olan və dünyaca məşhur memar Zaha Hadid tərəfindən ərsəyə gətirilmiş Heydər Əliyev Mərkəzinə baş çəkdi və mərkəzin fərqli, o cümlədən dalğavari memarlıq quruluşunu qeyd edərək heyrətini ifadə edib. Mərkəz Azərbaycan mədəniyyətini və xalqın gələcəyə olan nikbinliyini əks etdirən mədəni tədbirlərə ev sahibliyi etmək üçün inşa edilib. Burada keçirilən tədbirlər və nümayiş olunan sərgilər müasir Azərbaycanın intellektual həyatında əhəmiyyətli rol oynayır.

Heydər Əliyev Mərkəzinə səyahətdən sonra Fernando Alonso Dalğa Plazada öz azarkeşləri ilə görüşüb. Daha sonra Alonso, ona Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təqdim edilmiş dağ velosipedi ilə Dalğa Plazadan Su İdmanı Sarayınadək olan qısa veloturda iştirak edərək şəhərlə yaxından tanışlığına davam edib.

Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso, şəhərlə və Bakı Şəhər Halqası ilə bir daha tanışlığından sonra trekdə olan mühüm dəyişiklərlə bağlı öz təəssüratını bizimlə bölüşüb:

“Yenidən Bakıda olmaq möhtəşəm hissdir. Son səfərimdən bu yana olan dəyişikliklər sadəcə valehedicidir və trek olduqca gözəl görünür. Azər İlmə Xalçaçılıq Mərkəzinə və Heydər Əliyev Mərkəzinə səyahətim məni Azərbaycanın ecazkar mədəniyyətinin zəngin tarixi ilə tanış etdi. Azarkeşlərlə görüşmək və belə gözəl şəhərdə velosipedlə gəzintiyə çıxmaq günümü daha da xoş etdi. İndi isə dar döngələri, küləkli küçələri və sürətin son həddini özündə birləşdirən treki sınamaq üçün həftəsonunu səbirsizliklə gözləyirəm".

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat