Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bakı Şəhər Halqası dörd günlük unudulmaz əyləncə proqramı hazırlayıb

Sayta qoyulub: 18:27 10.06.2016 (570 dəfə oxunub)

Avropa Qran Prisinin bütün qonaqlarını yarış həftəsonunda bənzərsiz əyləncə proqramı gözləyir. Bakı Şəhər Halqası 2016-cı il Formula 1 Avropa Qran Prisinin bilet sahiblərinə cümə axşamı 16 İyundan başlayacaq dörd günlük bir bayram əyləncəsi vəd edir. 

16 İyun cümə axşamı saat 14:00-da Azneft meydanından Dəniz Vağzalına qədər bütün Dənizkənarı Bulvar boyu uzanan əyləncə zonaları fəaliyyətə başlayacaq. Bakı Şəhər Halqası isə 17-19 iyun tarixləri arası, yəni cümə günündən bazar gününədək saat 10:00-dan etibarən ictimaiyyətə açıq olacaq.

Avtoqraf Sessiyaları və Pit Yolu Gəzintisi

16 İyun tarixində Ferrari, Mercedes, Red Bull və Toro Rosso kimi Formula 1 komandalarının məşhur pilotlarının ilk avtoqraf sessiyaları keçiriləcək. Formula 1 Şəhərciyinin Səhnəsində təşkil olunacaq bu avtoqraf sessiyaları saat 16:50-də başlayacaq. Qran Pri həftəsonunun hər bir günündə müxtəlif komandalar Formula 1 Şəhərciyinə baş çəkəcək. Tamaşaçıların sevimli komandaları ilə görüşü üçün məkana erkən gəlmələri məsləhət görülür. Avtoqraf sessiyalarının dəqiq vaxtları ilə bağlı məlumatı Bakı Şəhər Halqasının rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

16 İyun cümə axşamı istənilən tribunaya bileti olan azarkeşlər üçün təşkil olunacaq Pit Yolu Gəzintisi zamanı Formula 1 aləminə daha da yaxınlaşmaq mümkün olacaq. Saat 18:30-dan 20:30-dək davam edən gəzinti zamanı qonaqlar bütün Pit Yolunu keçərək komandaların yarışa hazırlığına şahidlik edəcək və pit-stop əməliyyatlarını öz gözləri ilə görə biləcəkdir. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Şəhərciyində Abşeron tribunasının yanında olacaqdır.

Musiqi:

Dünya musiqisinin ən məşhur ulduzlarından üçü – Kris Braun, Enrike İqlesias və Farel Vilyams 2016-ci il Formula 1 Avropa Qran Prisinin yarış həftəsonu ərzində təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaq.

17 İyun cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda, minlərlə Formula 1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək. 

Şənbə günü estafeti qəbul edən Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.


Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır. 2016-cı il Formula 1 Avropa Qran Prisində sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən Formula 1 tədbiri yekunlaşacaq.

Bundan əlavə, Formula 1 bilet sahiblərini DJ Mansur, DJ Hazy, Roberto Kel Torres, Rilaya, Dilarə Kazımova, Kənan Qədimov, Çingiz Mustafayev və Rast qrupunun iştirakı ilə əyləncəvi konsert proqramları da gözləyir. 

Mədəniyyət:

Həftəsonunda hər bir qonaq yalnız Formula 1 ilə deyil, yerli mədəniyyət ilə də tanış olmaq imkanı əldə edəcək. Belə ki, cümə günü iyunun 17-sindən etibarən Azərbaycan Mədəniyyəti Guşəsi fəaliyyətə başlayacaq və burada qonaqlar Azərbaycanın tarixi sənətkarlıq və ticarət ənənələrinin sirləri ilə, o cümlədən xalçaçılıq, şüşə üzərində nəqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinın hazırlanması, araqçın və çarıq hazırlanması, naxış tikmə və kələğayı boyama ilə tanış ola biləcək. Burada, həmçinin milli şirniyyat növlərini və məşhur Azərbaycan çayını da dadmaq mümkün olacaq.

Yarış həftəsonunun bütün günlərində, yəni 16-19 İyun tarixlərində bilet sahibləri Bulvarda quraşdırılmış xüsusi qalereyada Formula 1 tarixi ilə tanış ola biləcək. Qran Pri Qalereyası yarışların 60 ildən çox tarixini əks etdirən 100 möhtəşəm şəkli özündə birləşdirəcək.

Uşaq Əyləncəsi:

Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi kiçik sürücülük məktəbi təşkil ediləcəkdir. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcək. Onlar həm də xüsusi uşaq kartinqində bir-biri ilə yarışa biləcəklər.

Azarkeş Məşğuliyyəti və Canlı İstedad Şousu: 

Qran Prinin hər bir qonağı yarış simulyatorlarında gücünü sınayaraq, özünü əsl Formula 1 pilotu kimi hiss edə biləcək. Bundan əlavə, fəal istirahəti sevənlər Hava Turbini, Dırmanma Divarı və Batut kimi attraksionlarda əylənə biləcək və eyni zamanda burada peşəkar idmançıların məharətli çıxışlarını izləyə biləcəklər. 

Yarış günləri ərzində əyləncə məkanlarında Güzgü Adamlar, Spandy Andy, Ağacayaq, Titan Robot kimi müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə rəng qatacaq. Küçə rəssamları isə tamaşaçıları asfalt üzərində çəkdikləri üçölçülü illüziya incəsənət nümunələri ilə heyrətləndirəcək.

Ekstremal idman növləri sevənlər üçün də bir neçə sürpriz nəzərdə tutulmuşdur. Belə ki, təcrübəli motosikletçilər böyük ölçülü dəmir kürənin içərisində azarkeşlər üçün motosikletlərlə mürəkkəb nömrələr göstərəcəklər. Bundan əlavə, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirəcəklər.

Bakıda keçiriləcək yarış həftəsonu bir daha sübut edəcəkdir ki, Formula 1 sadəcə yarış deyil, eyni zamanda bir həyat tərzi, bütün ailə üçün parlaq və unudulmaz istirahət deməkdir. 

2016-cı il Formula 1 Avropa Qran Prisinin zəngin əyləncə proqramı haqqında danışarkən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov qeyd etdi: “Biz hər bir qonaq üçün, həqiqətən elə bir unikal və görünməmiş əyləncəvi istirahət proqramı hazırlamışıq ki, onun bir dəqiqə belə darıxmağa imkanı olmayacaq. Əminəm ki, Formula 1 Avropa Qran Prisi və GP2 Dəstək yarışları ilə yanaşı, Xəzər dənizi sahilindəki göz oxşayan Dənizkənarı Parkda təşkil edilmiş fərqli əyləncələr yarışların hər bir pərəstişkarında xoş təəssüratlar oyadacaq və şübhəsiz, bu, avtomobil idmanı bayramını unudulmaz edəcək! 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat