Formula-1 komandaları Bakıya nə vaxt gələcək?

Sayta qoyulub: 14:34 08.06.2016 (531 dəfə oxunub)

Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisinə qatılacaq texniki heyətlərin və pilotların ölkəmizə gələcəyi vaxt dəqiqləşib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Qol.az-a saytına verilən məlumata görə, komandalar iyunun 14-dən etibarən paytaxtımıza təşrif buyuracaqlar.
Buna səbəb onların iyunun 10-12-də Kanada Qran-prisinə qatılmalarıdır. Monrealdan Bakıya gələcək komandalar yarış bitdikdən dərhal sonra isə ölkəmizdən ayrılacaqlar. Çünki Avropa Qran-prisinin ardınca onlar Avstriyadakı mərhələdə sürətlərini yoxlayacaqlar.
Qeyd edək ki, Bakıdakı yarış iyunun 17-19-da olacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ