Dünya çempionatına gedəcək qadın boksçularımızın adları açıqlandı

Sayta qoyulub: 19:54 17.05.2016 (493 dəfə oxunub)

Mayın 19-dan 27-dək Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatına start veriləcək.Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışa hazırlıqları başa vuran milli komandamız artıq Qazaxıstandadır. Son hazırlıq prosesini Ukraynanın İvano-Frankovsk şəhərində keçən milli komandamızın heyətində aşağıdakı boksçular mübarizə aparacaq:

Əzizə Abbasova (48 kq), Anna Əlimərdanova (51 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyevna (60 kq), Ayzanat Hacıyeva (64 kq), Məryəm Cəbrayılova (69 kq), Yelena Vstropova (75 kq), Alina Hacıyeva (81 kq), Aynur Rzayeva (+81 kq).

Qeyd edək ki, komandamız Qazaxıstanda baş məşqçi Aleksandr Denisov və məşqçilər İvan Yuşenko ilə Lətif Bağırovun rəhbərliyi aLtında çıxış edəcək.

 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ