Tahir Baxşıyev: Onun o qədər təcrübəsi var ki, yaşının çox olması mənfi məqam kimi nəzərə çarpmır

Sayta qoyulub: 12:36 15.05.2016 (582 dəfə oxunub)

“Bu gün cərimə atışlarımızın əksəriyyəyi qeyri-dəqiq oldu. Hər şeyi etdik. Sadəcə, şans bizdən üz döndərdi. İdman xoşbəxtliyi tərəfimizdə deyildi”. Bu sözləri  basketbol üzrə ölkə çempionatında AZTOP-a uduzan NTD-nin baş məşqçisi Tahir Baxşıyev söyləyib.

Mütəxəssisin fikrincə, çempionluğun taleyini rəqibin təcrübəsinin zəngin olması müəyyənləşdirib: “Fərqi 6 topa kimi endirmişdik. Ancaq önə keçməyə güc çatmadı. Heyətimiz gənclərdən qurulub. NTD-də 17-18 yaşlı basketbolçular oynayır. Qələbə üçün təcrübə çatmadı. AZTOP-un yaşlı oyunçulardan qurulduğunu demək olmaz. Elə veteranlardan biri Fuad Niftəliyev idi ki, onun da o qədər təcrübəsi var ki, yaşının çox olması mənfi məqam kimi nəzərə çarpmır. AZTOP-un heyətində ondan başqa da yığmamızda oynamış basketbolçular var idi. Razıyam ki, liderlərimiz – Endər və Polad bu gün komandaya daha çox fayda verməliydi. Amma bu normaldı. Bir oyunda alınır, bir başqasında alınmır. Görünür, uşaqların üzərində daha çox işləməliyik. NTD ötən il 3-cü, bu mövsüm isə 2-ci yeri tutdu. Hər halda, ildən-ilə irəli doğru addım atırıq”.

 

 

 

azerisport.az

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ