Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Boksçularımız beynəlxalq turnirdə ikinci oldular

Sayta qoyulub: 12:46 13.05.2016 (356 dəfə oxunub)

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub. Yarışda Azərbaycan boksçuları yüksək nailiyyətləri ilə fərqləniblər.

Federasiyanın Boks mərkəzində keçirilən yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, İsrail, İran, Macarıstan, Özbəkistan, Monteneqro və Xorvatiya boksçuları mübarizə aparıblar.

İdmançılar ümumilikdə 13 çəki dərəcəsində qalib və mükafatçıları müəyyən ediblər. 48 kq çəkidə mübarizə aparan Gəncə boks məktəbinin yeitrməsi Nəbi İsgəndərzadə finalda gürcüstanlı Mamuka Abuladzeni məğlub edərək yarışın qızıl medalına sahib olub. İsgəndərzadə eyni zamanda turnirin ən texnikalı idmançısı üçün nəzərdə tutulan xüsusi mükafata da layiq gölüb.

52 kq çəkidə yarışan təmsilçimiz Elşən Cəbizadə isə rusiyalı İlya Popova qalib gələrək baş mükafatın sahibi olub.

57 kq-da çəkidə yarışan Nicat Həsənov və çəkisi 50 kq-a dək olan idmançılar arasında Məhərrəm Məhərrəmzadə yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər.

Ümumilikdə isə Azərbaycan boksçuları 2 qızıl, 2 gümüş və 7 bürünc medalla yarışı komanda hesabında 2-ci yerdə başa vurublar. Onlar yalnız rusiyalılardan geri qalıblar. İlk üçlüyü isə daha bir güclü komanda, Qazaxıstan boksçuları qapayıb.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat