“Sumqayıt”dan daha 5 transfer

Sayta qoyulub: 16:09 20.06.2012 (622 dəfə oxunub)

2011/2012 mövsümündə “Sumqayıt”ın əvəzedici komandasında uğurlu çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən Aydın Qasımov, Arif Vəliyev, Bəxtiyar Həsənəlizadə, Ayaz Mehdiyev və Aqşin Muxtaroğlu əsas komandaya cəlb olunublar. Sportnews.az-ın klubun rəsmi internet saytına istinadən xəbər verir ki, adları çəkilən futbolçuların hər biri “Sumqayıt”la ikiillik müqavilə imzalayıb. Qeyd edək ki, Bəxtiyar Həsənəlizadə müdafiəçi, Aydın Qasımov, Ayaz Mehdiyev, Aqşin Muxtaroğlu yarımmüdafiəçi, Arif Vəliyev isə hücumçudur.

XƏBƏR LENTİ