Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Corriera dello Sport”: “Azərbaycan 2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarındadır”

Sayta qoyulub: 07:00 30.06.2015 (379 dəfə oxunub)

“Corriera dello Sport”: “Azərbaycan 2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarındadır”


İtaliyanın “Corriera dello Sport” qəzetində Azərbycanın 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilməsi ilə bağlı məqalə dərc olunub. Paris, Boston, Pudapeşt, Hamburq, Roma ilə yanaşı Bakının da Yay Olimpiya Oyunlarına namizədlik edə bilməsinin vurğulandığı yazıda Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun fikirləri yer alıb: “2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək əsas hədəflərimizdən biridir. Azərbaycan müstəqil dövlət olaraq ilk dəfə 1996-cı ildə Atlantada keçirilmiş Yay Olimpiya Oyunlarında iştirak edib. Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar getdikcə daha yüksək nəticələr göstərərək medallarının sayını artırırlar. Artıq idmançılarımız növbəti Olmpiya Oyunlarına da məsuliyyətlə hazırlaşırlar. İlk Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan böyük təcrübə əldə etdi. Olimpiya Oyunlarına bərabər səviyyədə bir tədbir keçirərək növbəti Avropa Oyunları üçün yüksək standartlar yaratdıq. Bu Oyunlar üçün tikilmiş yeni idman obyektləri növbəti mötəbər idman tədbirləri üçün də istifadə olunacaq. Bu tədbirlər sırasında Formula-1 (F1) üzrə Avropa Qran-pri yarışları, 42-ci Şahmat Olimpiadası və IV İslam Həmrəyliyi Oyunları və başqaları durur. Gənclər və idman sahələrinin inkişafı Azərbaycan hökumətinin əsas prioritetlərindəndir”.

Müəllif oxucuların diqqətinə çatdırır ki, Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı idmanın da tərəqqisinə müsbət təsir göstərir. Bakıda yaradılmış geniş idman infrastrukturu bu şəhərin 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına güclü namizəd olduğunu göstərir.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat