Bakı-2015: Cüdoçularımız hamısı uduzdu

Sayta qoyulub: 11:51 27.06.2015 (833 dəfə oxunub)

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında cüdo üzrə yarışların 1/16 mərhələsində bir sıra görüşlər olub. İdmançılar 5 çəki dərəcəsində mübarizə aparıb. Yığmamızın 5 üzvü bu gün meydana çıxıb. 

 27 iyun

Cüdo
 
Kişilər

90 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. O, portuqaliyalı Çelio Diasla qarşılaşıb. İ.Qurbanov ipponla qalib gəlib. O, 1/8 finalda Kriştian Totla (Macarıstan) qarşılaşıb. Cüdoçumuz şudo xalı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
  
100 kq

Bu çəkidə Azərbaycanı iki idmançı təmsil edəcək. Dünya çempionu  Elxan Məmmədov 1/16 final görüşündə Zlatko Kumriçlə (Xorvatiya) üz-üzə gəlib. E. Məmmədov 145-ci saniyədə rəqibini ippona salıb. O, 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirib.  E.Məmmədov ipponla uduzub.

Bayraqdarımız Elmar Qasımov mübarizəyə 1/8 finaldan qoşulub. O, bu mərhələdə Jorje Fonseka (Portuqaliya) ilə üz-üzə gəlib. O, ippona düşərək məğlub olub.
 
+100 kq

Bu çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşıb O, rəqibini ippona salaraq qalib gəlib. Cüdoçumuz 1/8 finalda gürcüstanlı Levani Matiaşvilini sınağa çəkib.Kokaurinin ipponla uduzub və mübarizəni dayandırıb. 
 
Qadınlar

78 kq

Qadınların yarışında ölkəmizi Günel Həsənli təmsil edib. 18 yaşlı idmançımız 1/16 final mərhələsində Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə idmançımız ipponla uduzub.


  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ