Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bakı-2015.Bu gün hansı idmançılarımız yarışacaq?

Sayta qoyulub: 07:11 27.06.2015 (657 dəfə oxunub)

Bu gün Azərbaycan idmançıları "Bakı-2015" I Avropa Oyunlarının bir sıra yarışlarında iştirak edəcək.

"Bakı-2015.com"-un yaydığı xəbərə görə, təmsilçilərimiz ümumilikdə 5 idman növü üzrə mübarizə aparacaq.

Bu gün yarışacaq idmançıların siyahısını təqdim edirik.





Qılıncoynatma yarışları, saat 9:00-dan etibarən

Cümə axşamı, qadınlar arasında fərdi sablya yarışlarında müvafiq olaraq gümüş və bürünc medal qazanan Azərbaycanlı əkiz bacılar Sevil və Sevinc Bunyatova sablya üzrə komanda yarışlarında da medal qazanmağa iddialıdırlar. Bu məqsədlə onlar, saat 09:30-da Bakı Kristal Zalda dörddəbir final mərhələsi çərçivəsində Ukraynanı təmsil edən güclü komanda ilə mübarizə aparacaqlar.

Cüdo yarışları, saat 12:24-dən etibarən   

Bu gün saat 13:54-də, 100 kq-adək çəki dərəcəsi üzrə kişilər arasında cüdo yarışında, Avropa Çempionatlarının gümüş və bürünc medalçısı, yerli idmançı Elmar Qasımov meydana çıxacaq.


Voleybol yarışları, saat 16:00-dan etibarən

Saat 16:00-da Bakı Kristal Zalda qadınlardan ibarət Azərbaycan komandası bürünc medal uğrunda Serbiya  ilə mübarizə aparacaq. Həmyerlilərimizdən yerli azarkeşlərin qarşısında qələbə qazanmağı bacararsa, bu, onların beynəlxalq voleybol yarışlarında ilk medalı olacaq.

Boks yarışları, saat 18:00-dan etibarən

Bakı Kristal Zalda şənbə günü keçirilməsi planlaşdırılan boks yarışlarının finalında bütün dörd çəki üzrə Azərbaycan idmançıları mübarizə aparacaqlar. İlk olaraq mübarizəyə saat 18:15-də 60 kq çəkidə Albert Səlimov qatılacaq. Onun ardınca isə mübarizəyə 69 kq, 75 kq və 91 kq çəkilərdə Parviz Bağırov, Xaybula Musalov, Abdulqədir Abdullayev qoşulacaq.

Üzgücülük yarışları, saat 09:30-dan, final yarışları isə 17:30-dan etibarən  

Bakı 2015 ilk Avropa Oyunlarının sonuncu günü Bakı Su İdmanı Mərkəzində yerli azakeşlər, kişilərin üzgüçülük idmanı üzrə 4x100 metr məsafəyə kompleks ötürmə kateqoriyasında keçiriləcək yarışlarında yerli idmançıları dəstəkləyəcəklər. Onlar Rusiya, Böyük Britaniya və Almaniya güclü komandalarla mübarizə aparacaqlar.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat