Bakı-2015. daha beş cüdoçumuz mübarizəyə qoşulur

Sayta qoyulub: 07:09 27.06.2015 (659 dəfə oxunub)

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında cüdo üzrə yarışların 1/16 mərhələsində bir sıra görüşlər olacaq.

İdmançılar 5 çəki dərəcəsində mübarizə aparacaq.

Yığmamızın 5 üzvü bu gün meydana çıxacaq. 
 





27 iyun

Cüdo
 
Kişilər

90 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. O, portuqaliyalı Çelio Diasla qarşılaşacaq. Görüşün saat 13:00-da başlayacağı gözlənilir.
 
100 kq

Bu çəkidə Azərbaycanı iki idmançı təmsil edəcək. Dünya çempionu  Elxan Məmmədov 1/16 final görüşündə Zlatko Kumriçlə (Xorvatiya) üz-üzə gələcək. Görüşün saat 12:24-də başlayacağı nəzərdə tutulub.
 
Bayraqdarımız Elmar Qasımov mübarizəyə 1/8 finaldan qoşulacaq. O, bu mərhələdə Jorje Fonseka (Portuqaliya) – Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Görüş saat  13:54-ə nəzərdə tutulub. 
.
 
+100 kq

Bu çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşacaq. Görüş saat 12:06-da başlayacaq .
 
Qadınlar

78 kq

Qadınların yarışında ölkəmizi Günel Həsənli təmsil edəcək. 18 yaşlı idmançımız 1/16 final mərhələsində Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 12:42-də başlayacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ