Bakı-2015: Çimərlik futbolu üzrə millimiz Portuqaliyaya uduzdu

Sayta qoyulub: 20:39 26.06.2015 (791 dəfə oxunub)

Bakı-2015: Çimərlik futbolu üzrə millimiz Portuqaliyaya uduzdu

Bu gün Avropa Oyunları çərçivəsində çimərlik futbolu üzrə qrup mərhələsinə yekun vurulub. Azərbaycan yığması da "A" qrupu çərçivəsində son matçına çıxıb. Millimiz bu dəfə Portuqaliya ilə qarşılaşıb. Komandamız 3:0 hesabıyla öndə olduğu görüşü sonda məğlub başa vurub. Nəticədə, yığmamız üç məğlubiyyətlə qrup sonuncusu olub. Komandamız daha öncə Ukraynaya 1:3, İsveçrəyə 4:7 hesabıyla uduzmuşdu.

Azərbaycan - Portuqaliya - 4:6 (3:0, 0:2, 1:4)
Qollar: Asif Zeynalov, 3 (1:0), 8, (3:0), Sabir Allahquliyev, 4 (2:0), Ramil Əliyev, 32 (4:4).

Qrupun digər oyununda İsveçrə Ukraynaya 5:4 hesabıyla qalib gəlib.

Qrupdakı son durum: Portuqaliya – 9, İsveçrə - 6, Ukrayna – 3, Azərbaycan – 0.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ