Bakı-2015: Daha 3 boksçumuz finalda!

Sayta qoyulub: 14:08 26.06.2015 (557 dəfə oxunub)

"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir. Bu gün həm yarımfinal, həm də final görüşləri keçiriləcək. Azərbaycanın 6-sı kişi, biri qadın olmaqla 7 boksçusu rinqə çıxacaq. Bunlardan ikisi qızıl medal uğrunda yarışacaq.

Qeyd edək ki, dünən boksçularımızdan Teymur Məmmədov finalda italiyalı Valentino Manfredoniaya qalib gələrək boks yığmamıza ilk qızıl medalı qazandırıb. 

26 iyun

Kişilər

52 kq

Bu çəki dərəcsində mübarizə aparan Elvin Məmişzadə bu gün boks yığmamıza ikinci qızıl medalı qazandıra bilər. Bunun üçün o, finalda italiyalı Vinçenzo Pikkardini məğlub etməlidir. Döyüşün saat 18:45-də başlayacağı gözlənilir.


60 kq

Yığmamızın üzvü Albert Səlimov finala yüksəlmək uğrunda mübarizə aparıb. Onun rəqibi Sin Makkombu olub. Səlimov rəqibinə 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gələrək finala adlayıb. O, həlledici görüşdə fransalı Sofian Oumina döyüşəcək. Səlimovun rinqə sabah, saat 18:15-də çıxacağı gözlənilir.


64 kq

Qızıl medal uğrunda yarışacaq digər boksçumuz Lorenzo Sotomayordur. O, həlledici görüşdə London Olimpiyadasının bürünc mükafatçısı Vinçenzo Manqiakapre (Böyük Britaniya) ilə qarşılaşacaq. Döyüşün saat 19:15-də keçiriləcəyi gözlənilir.


69 kq

Millimizin qızıl medal ümidi olan Pərviz Bağırov yarımfinal döyüşünə çıxıb. O, finala gedən yolda böyük britaniyalı Joş Kelli ilə qarşılaşıb. Bu görüşdə rəqibini 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə məğlub edən boksçumuz finala yüksəlib. O, həlledici görüşdə Rusiya idmançısı Aleksandr Besputinlə üz-üzə gələcək. Döyüşün sabah, saat 18:45-də başlayacağı gözlənilir.


75 kq

Yığmamızın digər üzvü Xaybula Musalov da yarımfinal görüşündə qüvvəsini sınayıb. O, bu mərhələdə macarıstanlı Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə 2:1 (29:28, 29:28, 27:30) hesabı ilə qələbə qazanan Musalov finalda döyüşmək hüququ əldə edib. O, qızıl medal uğrunda görüşdə irlandiyalı Maykl O'Reilli ilə döyüşəcək. Görüşün sabah, saat 19:15-də başlayacağı gözlənilir. 



91 kq

Bu çəki dərəcəsində ölkəmizi Abdulqadir Abdullayev təmsil edir. O, finala vəsiqə uğrunda rusiyalı Sadam Maqomedovlə döyüşüb. Hər üç raundda rəqibindən üstün olan 3:0 (29:28, 29:28, 29:28) Abdullayev finala yüksəlib.

 

Qadınlar

60 kq

Qadınların yarışında mübarizəsini davam etdirən Yana Alekseyevna yarımfinal döyüşünə çıxıb. O, finala vəsiqə uğrunda London Olimpiadasının qalibi Keti Teylorla (İrlandiya) qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb - 1:2 (38:38!, 38:38!, 38!:38). Alekseyevna "Bakı-2015"i bürünc medalla başa vurub. Bu, boks yığmamızın qazandığı 5-ci medal olub.


  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ