Bakı-2015: Çimərlik futbolu üzrə millimiz yenə uduzdu

Sayta qoyulub: 08:12 26.06.2015 (519 dəfə oxunub)

Bakı-2015: Çimərlik futbolu üzrə millimiz yenə uduzdu

Bu gün Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışlarında qrup mərhələsinin ikinci turunun görüşləri baş tutub. Azərbaycan yığması bu dəfə İsveçrə ilə qarşılaşıb. Təəssüf ki, millimiz bu dəfə də meydanı məğlub tərk edib. Qrupun digər oyununda Portuqaliya Ukraynaya 5:4 hesabıyla qalib gəlib.

Xatırladaq ki, millimiz ilk turda Ukraynaya 1:3, İsveçrə isə Portuqaliyaya 5:6 hesabıyla uduzmuşdu.

Azərbaycan - İsveçrə - 4:7 (0:3, 3:2, 1:2)
Qollar: Ramil Əliyev, 15 (1:4), Orxan Məmmədov, 20 (2:5), Sabir Allahquliyev, 20 (3:5), 28 (4:5).

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ