Bakı-2015: Voleybolçularımız Türkiyəyə uduzdu

Sayta qoyulub: 07:31 26.06.2015 (447 dəfə oxunub)

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında voleybol yarışlarının yarımfinal mərhələsi keçirilib. Qadınlardan ibarət komandamız finala çıxmaq  uğrunda Türkiyə ilə qarşılaşıb.  Gərgin mübarizə şəraitində keçən oyunda millimiz 2:3 hesabı ilə məğlub olub.
Digər yarımfinal oyununda isə Polşa  Serbiyaya 3:2 hesabı ilə qalib gəlib. 
Voleybolçularımız bürünc medal uğrunda görüşdə Serbiya ilə qarşılaşacaq. Matç iyunun 27-i Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Türkiyə və Polşa komandaları arasınad final oyununa isə saat 18:30-da start veriləcək.

25 iyun

20:15.Türkiyə - Azərbaycan - 3:2 (25:21, 23:25, 25:19, 23:25, 15:11)  

17:00.Polşa - Serbiya - 3:2 (25:23, 20:25, 25:19, 22:25, 15:12)

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ