Bakı-2015: Badmintonçular da mübarizəni dayandırdı

Sayta qoyulub: 14:54 24.06.2015 (338 dəfə oxunub)

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında badminton yarışlarında qrup mərhələsinə yekun vurulacaq. Təklərin yarışında ölkəmizi təmsil Kamran Rzayev B qrupunda son matçını italiyalı Rosario Maddaloniyə qarşı keçirib. 0:2 (3:21, 4:21) hesabı ilə uduzan  badmintonçumuz qrupda 3-cü yeri tutub. Bununla da o, 1/8 finala çıxa bilməyərək, mübarizəni dayandırıb.

Cütlərin yarışında isə təmsilçilərimiz Kamran Rzayev və Orxan Qələndərov rusiyalılar Vladimir İvanov və İvan Sozonovlə görüşüb. 1/4 finala yüksəlmək uğrunda yarışda rəqiblərinə 0:2 (15:21, 13:21) hesabı ilə uduzan təmsilçilərimiz qrupda sonuncu yeri tutaraq mübarizəni dayandırıb. 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ