AZAL-ın aparıcı forvardı komandadan ayrıldı

Sayta qoyulub: 14:16 24.06.2015 (362 dəfə oxunub)

Daha bir futbolçu AZAL-dan ayrılıb. "Təyyarəçilər” əsas hücumçu Freddi Mombonqo ilə yollarını ayırıb.

Ciddi maliyyə böhranı yaşadığı üçün futbolçuların maaşlarını ödəyə bilməyən paytaxt klubu bu üzdən Rəşad Abdullayev, Laşa Kasradze və Xuan Fransisko kimi aparıcı futbolçuları komandada saxlaya bilməyib. Onlara isə son olaraq, konqolu Mombonqo qoşulub.

AZAL rəhbərliyi uzun müddətdi 30 yaşlı forvardı saxlamaq üçün onunla danışıq aparırdı. Bu danışıqlar isə nəhayət, yekunlaşıb və Mombonqo AZAL-a qayıtmamaq qərarına gəlib. Buna əsas səbəb klubun ona olan son 3 aylıq borcunu hələ də ödəməməsidi.

Futbolçunun menecerləri artıq ona yeni klub axtarışına başlayıblar. Mombonqonun karyerasını Azərbaycanda davam etdirməsi də istisna deyil. Çünki Premyer Liqanın bir neçə klubu onun xidmətində maraqlıdı.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ