Bakı-2015: Voleybol millimiz qələbə qazandı

Sayta qoyulub: 17:49 23.06.2015 (716 dəfə oxunub)

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçiriləcək. Baş tutacaq 4 oyunun nəticəsinə əsasən, yarımfinalçılar müəyyənləşəcək.

1/4 final mərhələsinə Polşa – Almaniya oyunu ilə start veriləcək. Ardından Azərbaycanın yer aldığı qrupu lider kimi tamamlayan Türkiyə digər qrupun dördüncüsü olan Rusiyanı sınağa çəkəcək.

Daha sonra meydana yığma komandamız çıxacaq. Aleksandr Çervyakovun yetirmələri digər qrupun ikincisi olmuş Hollandiya ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

Mərhələnin son qarşılaşmasında Belçika ilə Almaniya üz-üzə gələcək.

 

Voleybol

23 iyun

 

Qadınlar

1/4 final

Polşa - Almaniya - 3:2 (25:23, 25:17, 18:25, 14:25, 15:10)

Türkiyə - Rusiya - 3:1 (25:18, 23:25, 25:22, 25:19)

Azərbaycan – Hollandiya - 3:0 (25:21, 25:23, 25:14)

21:00. Belçika – Serbiya

 

Qeyd edək ki, Azərbaycan millisi yarımfinala adlayarsa, final yolundakı son görüşünü Türkiyə - Rusiya cütlüyünün qalibinə qarşı keçirəcək.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ