Bakı-2015: Marina Durunda gümüş medal qazandı

Sayta qoyulub: 17:28 21.06.2015 (653 dəfə oxunub)

Bədii gimnastika üzrə Azərbaycan millisi Bakı-2015 Avropa Oyunlarını mükafatla başa vurub. Təmsilçimiz Marina Durunda lentlə hərəkətlərdə gümüş medala yiyələnib. Bu, Azərbaycan millisinin Bakı-2015-də 35-ci medalı olub.

 Çıxışı 18,200 xalla qiymətləndirilən idmançımız 3-cü cəhdində yalnız rusiyalı Yana Kudryavtsevadan (19,000) geri qalaraq, yarışı 2-ci pillədə başa vurub. Bürünc medala isə gürcüstanlı Salome Pajava (17,950) yiyələnib.

 

Bu gün Bakı-2015 I Avropa Oyunlarının bədii gimnastika yarışlarında daha 5 dəst medal sahibini tapıb. Ayrı-ayrı alətlərlə (həlqə, lent, top, gürzlər) fərdi yarışlarda, qruplar isə 2 növdə (gürzlər və həlqələr, lent) qüvvəsini sınayıb. 

 

Azərbaycan təmsilçilərindən yalnız Marina Durunda xalça üzərində çıxıb. Millimizin lideri digər 2 alətlə hərəkətini medalsız bitirib. Belə ki, idmançımız həlqə ilə çıxışda 17,800 xal əldə edib. O, bu nəticə ilə 5-ci yeri tutub. Mükafatları rusiyalı Marqarita Mamun (18,850), belaruslu Melitina Stanyuta (18,500) və israilli Nata Rıvkin (18,150) qazanıb.

 

Topla hərəkətlərdə isə gimnastımızın çıxışı 16,100 xalla qiymətləndirilib. Marina final mərhələsini 6-cı yerdə başa vurub. Bu hərəkətdə ilk “üçlüy”ü rusiyalı Yana Kudryavtseva (18,950), ukraynalı Anna Rizatdinova (18,250) və belaruslu Melitina Stanyuta (18,200) təşkil edib.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ