Hokkeyin əfsanəsi vəfat etdi

Sayta qoyulub: 09:57 24.11.2014 (708 dəfə oxunub)

Hokkeyin əfsanəsi vəfat etdi

Dünən Sovet hokkeyinin əfsanəvi simalarından biri Viktor Tixonov 85 yaşında vəfat edib.

Məşhur məşqçi 1977-ci ildən hokkey üzrə MOİK klubuna və SSRİ yığmasına rəhbərlik edib. Sərt məşqçi üslubu ilə tanınan V.Tixonovun rəhbərlik etdiyi 20 il ərzində MOİK 14 dəfə ölkə çempionu, 14 dəfə Avropa Çempionlar Kubokunun, 2 dəfə SSRİ Kubokunun qalibi olub.

SSRİ yığması isə V.Tixonovun rəhbərliyi altında hokkey üzrə 8 dünya çempionatında və 1978-1991-ci illərdə keçirilən bütün Avropa çempionatlarında birincilik qazanıb.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ