Samboçularımız Avropa çempionatından 7 medalla qayıdır

Sayta qoyulub: 12:25 15.04.2014 (943 dəfə oxunub)

İspaniyanın Kaseres şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə Avropa birinciliyinə yekun vurulub. Samboçularımız yarışda 7 medal qazanıb.

Yeniyetmələrin mübarizəsində Fərid Qardaşxanov (56 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natiq Sarıyev (65 kq) gümüş, Elton Quliyev (60 kq) və Etibar Zeynalov (87 kq-dan yuxarı) bürünc medala layiq görülüb. Gənclərin yarışında isə Fuad Məmmədov (57 kq), Elvin Ağayev (62 kq) ikinci, Ülvi Xankişiyev (48 kq) üçüncü olub.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ