Komandamızın dünya çempionatında rəqibləri məlum oldu

Sayta qoyulub: 19:02 10.03.2014 (1053 dəfə oxunub)

Romada voleybol üzrə qadınlar arasında dünya çempionatının final mərhələsinin püşkü atılıb. Çempionat İtaliyanın 6 şəhərində keçiriləcək. Turnir sentyabrın 23-də start götürəcək və oktyabrın 12-də başa çatacaq. Azərbaycan yığma komandası Yaponiya , Çin , Belçika, və Şimali Amrika seçmə turnirinin 3-cü və 5-ci yerini tutan komandalarla birlikdə D qrupunda yer alıblar.Digər qrupların tərkibləri ilə sizi tanış edirik:

Komandamızın dünya çempionatında rəqibləri məlum oldu

A qrupu - İtaliya, Almaniya , Argentina , Xorvatiya , Tunis , Şimali Amerika -2

B qrupu - Braziliya , Serbiya , Türkiyə , Kamerun, Bolqarıstan, Şimali Amerika - 4

C qrupu - Rusiya, Tailand, Hollandiya , Qazaxıstan, Şimali Amerika -1 , Şimali Amerika -6

 

Xatırladaq ki, dünya çempionatında iştirak edəcək 6 komanda Şimali Amerikanın zona seçmə mərhələsinin yekunlaşmasından sonra müəyyənləşəcək.

 

Roma, Trieste, Verona, Bari, Modena və Milan şəhərlərində keçirilicək turnirdə hər qrupda ilk 4 komanda növbəti qrup mərhələsinə vəsiqə qazanacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ