"İqtisadçı" daha bir voleybolçu ilə vidalaşdı

Sayta qoyulub: 17:44 25.02.2014 (600 dəfə oxunub)

“İqtisadçı” daha bir voleybolçu ilə yollarını ayırıb. Super Liqasının gümüş mükafatçısı Ma Yun Ve ilə müqaviləni qarşılıqlı şəkildə pozub. Asiyalı blokçu artıq komanda ilə vidalaşaraq, vətəninə dönüb. Onun Azərbaycana gələnə kimi şərəfini qoruduğu “Şanxay”da oynaması gözlənilir.

Qeyd edək ki, Bakı klubu mövsümün gedişində Kiuyue Vey (Çin), Kim Vilouqbi və Ariel Uilsonla (hər ikisi ABŞ) da vidalaşıb. 

XƏBƏR LENTİ