"Lokomotiv" də növbəti amerikalı

Sayta qoyulub: 18:21 24.02.2014 (496 dəfə oxunub)

“Lokomotiv” heyətində saxlaya bilmədiyi voleybolçu Lauren Gibbemeyerə əvəzləyici tapıb. “Dəmiryolçular” amerikalı legionerin gedişindən sonra blokda yaranan boşluğu onun həmyerlisi Ariel Uilsonla doldurublar.

Bu oyunçu Azərbaycan üçün tanış simadır.

Belə ki, 25 yaşlı blokçu ötən mövsümü “Azərreyl”də (“Azəryol”) keçirib və ümidləri doğrultmadığından komandadan kənarlaşdırılıb. Ardınca “İqtisadçı”ya transfer olunan və burada da gününü ehtiyat oyunçular skamyasında “yola verən” Uilsonun müqaviləsinə vaxtından əvvəl xitam verib. Sonda özünə klub tapa bilməyən amerikalı İndoneziyanın “Valeriya Manokvari Papua Barat” komandasının şərəfini qorumağa başlayıb.

 Onun Asiya karyerası isə uzun çəkməyib. Çünki hansısa komandada duruş gətirməyi bacarmayan və əvvəlki formasından qat-qat zəif oyunçuya bu dəfə “Lokomotiv” elçi düşüb və yüksək məbləğ qarşılığında onunla danışıqları müsbət yekunlaşdırıb. Nəticədə bu il transfer siyasətində ancaq səhvlərə yol verən Bakı təmsilçisi Ariellə maya kimi müqavilə imzalayıb.

XƏBƏR LENTİ