"Karvan" 6 futbolçu ilə müqavilə bağladı

Sayta qoyulub: 11:52 05.02.2014 (512 dəfə oxunub)

Azərbaycan birinci divizionunda mübarizə aparan “Karvan” klubu heyətini gücləndirib. Komanda heyətə 6 yeni futbolçu cəlb edib. Bu barədə baş məşqçisi Kənan Kərimov məlumat verib. Kərimov bildirib ki, vaxtilə “İnter” və “Sumqayıt”da oynamış Ramil Həşimzadə, Azər Məmmədov, Orxan Məmmədov, Kamran İsmayılov, Nicat Əliyev və Rəşad Hacızadə ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, yeni transferlər son olaraq, elə Azərbaycan birinci divizionunda mübarizə aparıblar.

XƏBƏR LENTİ