"Sumqayıt" rusiyalı qapıçı ilə müqavilə bağladı

Sayta qoyulub: 14:15 29.01.2014 (555 dəfə oxunub)

Rusiyalı qolkiper Şahruddin Məhəmmədəliyev Azərbaycan elitasında çıxış edəcək. 19 yaşlı qolkiper 6 ay oynadığı “Şahdağ”dan ayrılaraq, “Sumqayıt”a keçib. O, “Sumqayıt”la iki illik müqavilə imzalayıb. Qeyd edək ki, qapıçılardan Anar Nəzirov və Elçin Sadıqov “Sumqayıt”dan ayrılıb. Gənclik şəhərinin komandası gedənlərin yerini Andrey Popoviç və Şahruddin Məhəmmədəliyevlə doldurub.

XƏBƏR LENTİ