SƏRHƏDÇİ VƏ NEFTÇİ İLK QƏLƏBƏLƏRİNİ QAZANDILAR

Sayta qoyulub: 13:40 18.12.2013 (816 dəfə oxunub)

Bu gün paytaxtımız Bakı şəhərində  voleybol üzrə kişilər arasında keçirilən zona birinciliyi yarışları start götürdü. Bakı şəhəri üzrə, Slavyan universitetinin İdman zalında keçirilən yarışda paytaxtımızın 5 komandası mübarizəyə qoşulub. Binəqədi, Sərhədçi, Xəzər, Neftçi və Gənclər ibarət milli komandamız birincilik uğrunda mübarizə aparacaqdır. 3 gün davam edəcək yarışda bu gün ilk oyunlar keçirilib. Neftçi komandası Binəqədi komandası ilə qarşılaşıb. Bu görüşdə Neftçi komandası 3-0 hesabı ilə təmiz qələbə qazanıb. Növbəti qarşılaşma Sərhədçi və Xəzər komandaları  arasında oldu bu görüşdə də təmiz qələbə qeydə alınıb Sərhədçilər 3-0 hesabı ilə Xəzər komandasını məğlub edib.

Sabah, yarışın ikinci günü Gənclərdən ibarət milli yığma komanda ilə Sərhədçi, Xəzər komandası ilə isə Binəqədi komandaları qarşılaşacaqlar.

Qey edə ki, zona birinciliyi Azərbaycanın rayon və şəhərlərində də keçirilir. 19 dekabr tarixində “Gəncə”şəhərində və “Naxçıvan MR” da da zona yarışlarına start veriləcəkdir. 


  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ