"İqtisadçı" play-off-da!

Sayta qoyulub: 08:20 18.12.2013 (574 dəfə oxunub)

Qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu Avropa Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb. “İqtisadçı” qrupda liderlər sırasına yüksəlmək şansını itirsə də, qrup autsayderi üzərində qələbə qazanıb. Ancaq bu qələbədən sonra komanda qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı komanda kimi play-off mərhələsinə vəsiqə qazanıb.
 
“İqtisadçı” - “Srvena Zvezda” (Serbiya) - 3:1 (27:29, 25:13, 25:13, 25:12)
 
Yarış cədvəli: “Dinamo” (Moskva, Rusiya) - 13 xal (set fərqi: 14-6), “Pyaçenza” (İtaliya) - 12 (13-5), “İqtisadçı” - 8 (10-12), “Srvena Zvezda” (Serbiya) - 0 (4-18)

XƏBƏR LENTİ