Həftəsonunun Avropada 5 əsas oyunu

Sayta qoyulub: 23:05 13.12.2013 (595 dəfə oxunub)

Həftənin afişasına İspaniyadan başlayaq. Pireneydə liderlə 4-lüyündə qərarlaşmış iki komanda üz-üzə gələcək. Barselona Nou Kampda Vilyarealı qəbul edəcək.Yenidən primeroya qayıdan "submarina"  elə də böyük heyətə malik olmamasına rəğmən hamını çaşdırıb. Burada da ən böyük əmək baş məşqçi Marselino Qarsiyanın üzərinə düşür. O Vilyarealda gözəl komanda yarada bilib.Barselonaya gəldikdə isə komandanın ardıcıl 2 məğlubiyyətdən sonra Seltiklə oyunda özünə gəldiyini qeyd etmək mümkündür. Katalonlar ardıcıl 22 oyundur ki, Nou Kampda qələbə qazanırlar.

Şənbə 23-00.


Həftəsonunun Avropada 5 əsas oyunu

İspaniyada daha bir maraqlı oyun var. Son illər ölkənin 3-cüsü adını qazanmış Valensiya bu adı təhvil verdiyi komanda ilə üz-üzə gələcək. Madriddəki oyun bir daha Atletikonun bu mövsüm çempionluq yarışına davamlılığını sübuta yetirməlidir. Atletiko heç bir əhəmiyyət kəsb etməyən Porto ilə qarşılaşmada da qalib gəldilər. Valensiya isə Avroliqanın play-offuna yüksəlib.

Bazar 00-00.


Fransada klassik nəhənglərin qarşıdurması baş verəcək. Lakin hazırda onlar 5 və 10-cu yerlərdədirlər. Üstəlik Marsel baş məşqçisini də dəyişib.Əlavə edək ki, Lion 7 oyundur ki, Jerlanda Marselə məğlub olmur.


İtaliyadakı oyun da digərlərindən geri qalmır. Massarinin keçmiş komandası ilə hazırki klubu üz-üzə gələcək.Oyun Neapolda keçiriləcək. Meydan sahiblərinin bu oyuna köklənməsi bir qədər çətin olacaq. Belə ki, çempionlar liqasında 12 xal yığaraq 3-cü yeri tutmaq hər kəsi şoka sala bilər. Bu oyuna qədər Benitesin psixoloqluq bacarığı artıq öz sözünü deməlidir.

Bazar 23-45.

 

Həftəsonunun Avropada 5 əsas oyunu

Appennində digər maraqlı oyun San Siroda olacaq. A seriyasında məğlub olmayan Roma Milanın qonağı olacaq.Rossonyeri çətinliklə də olsa çempionlar liqasının qrup mərhələsini adlaya bilib.Bu baxımdan onlar fevrala qədər rahat nəfəs alaraq çempionatdakı vəziyyətlərini yaxşılaşdıra bilərlər. Sıçrayış üçün ilk şans elə Roma ola bilər.

Bazar ertəsi 23-45.


İngiltərədə də iki oyunu qeyd etmək olar. Onlardan biri Londonda keçiriləcək.Tottenhem ilk dördlüyə düşmək mübarizəsində əsas rəqibi Liverpulu qonaq edəcək.

Bazar 20-00

Turun əsas oyunu isə bir gün əvvəl baş tutacaq. Çempionluğa əsas namizəd liderlə qarşılaşmalıdır. Oyun Mançester Sitinin meydanında keçiriləcək.Hər iki komanda ruh yüksıkliyi ilə meydana çıxa bilərlər. Belə ki, Arsenal playoffa vəsiqəni təmin edib , Mançester Siti isə məğlubedilməz kimi görünən Bavariaynı Alyans Arenada məğlubiyyətə uğradıb.

Şənbə 16-45.

Həftəsonunun Avropada 5 əsas oyunu


XƏBƏR LENTİ