Abu 1/8 finalda

Sayta qoyulub: 19:11 16.11.2013 (700 dəfə oxunub)

Qadın həndbolçulardan ibarət ABU klubu Çellenc kubokunun 1/16 final mərhələsi çərçivəsində bu gün cavab matçını keçirib. Dünən doğma divarlar arasında Yunanıstanın “Meqas Aleksandros” (Böyük İsgəndər) kollektivini böyük fərqlə üstələyən “sarı-qırmızılar” (32:21), əvəz oyununa rahat çıxıb.

Amma bu arxayınçılıq az qala ev sahibələrinə baha başa gələcəkdi. Görüşün əvvəlində qonaqlar 3 top irəlidə olub. ABU-nu bu vəziyyətdən baş məşqçi fasilə götürərək (taym-aut 2 dəqiqə olur) çıxarıb. Toparlanan həndbolçularımız nəinki hesabı bərabərləşdirib, get-gedə fərqi öz xeyrinə artırıb. Yekun hesab da qənaətbəxş olub - 28:18 (15:11).

Dünən komandamızdan ən çox top vuraq İnarə Yusubovanın (11), bu dəfə 4 zərbəsi dəqiq olub. Bu matçda bombardir kapitan Marina Tankatskaya olub - 7 top.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ