Akkord otüstü hokkey üzrə Azərbaycan çempionu oldu

Sayta qoyulub: 19:07 28.10.2013 (874 dəfə oxunub)

Kişi otüstü xokkey komandalarının mübarizə apardığı açıq Azərbaycan çempionatına yekun vurulmuşdur. Çempionatın sonuncu turunda Rusiyanın Azov şəhərini təmsil edən “Tana” komandası beşqat Azərbaycan çempionu “Akkord” kollektivi ilə qarşılaşmışdır.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Akkord”un 3:2 hesablı qələbəsi ilə yekunlaşmış və komandamız altıncı dəfə ölkə çempionu adını qazanmışdır. Komandamızın heyətində Saleh Balamiyev (2 top) və Rüfət Şükürov fərqlənmişlər.

Qusarın “Şahdağ” komandasını qəbul edən Bakının “Atasport” kollektivi rəqibini 2:0 hesabı ilə məğlub edərək çempionatın bürünc medalına sahib olmuşdur.

Çempionatın yekununa görə, Saleh Balamiyev (“Akkord”) “Ən sərrast oyunçu”, Vladimir Avdonin (“Atasport”) “Ən yaxşı qapıçı”, Kirill Derevyançenko (“Tana”) “Ən yaxşı oyunçu” nominasiyasının qalibi olmuşlar.

 

 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ