Teymur Rəcəbov heç-heçə etdi

Sayta qoyulub: 20:59 15.10.2013 (766 dəfə oxunub)

Rumıniya paytaxtı Buxarestdə beynəlxalq «Kings» şahmat turniri yekunlaşmaq üzrədi. 9-cu turda həmyerlimiz Teymur Rəcəbov (2733) qara fiqurlarla yerli Liviu-Diter Nisipianu (2665) ilə qarşılaşıb. Bu partiyada qrossmeysterimiz Siciliya müdafiəsi oynayıb. Bərabər şəraitdə keçmiş görüşdə tərəflər 32-ci gedişdə sülh bağlayıblar. Təmsilçimizin hesabında 3 xal var.

Digər lövhədə 4,5 xalla yarış cədvəlinə başçılıq edən italiyalı Fabianu Karuana (2796) ilə çinli Van Xao (2733) üz-üzə gəliblər. Həmin maçtda hələlik 21 gediş oynanılıb.

Bu tur rusiyalı Ruslan Ponomaryov (2756) istirahət edib.

Yarış dubl raund-robin sistemi ilə 10 turdan ibarət keçirilir. Rəqabət sabah başa çatacaq.

XƏBƏR LENTİ