Azərbaycan şahmatçıları Avropa çempionatında üç medal qazanıb

Sayta qoyulub: 12:30 09.10.2013 (769 dəfə oxunub)

Oktyabrın 9-da Monteneqronun Budva şəhərində keçirilmiş 8-18 yaşlı yeniyetmələr arasında 23-cü Avropa çempionatı başa çatmışdır. 35-ə yaxın ölkədən 1000-dən artıq zəka sahiblərinin öz qüvvəsini sınadığı yarışda ölkəmizi 28 şahmatçı təmsil etmişdir.

Turnirdə idmançımız Aydın Süleymanlı 8 yaşlı oğlan şahmatçılar arasında, Günay Məmmədzadə isə 14 yaşlı qızlar arasında çempionatın qalibi olmuşlar. Digər zəka sahibimiz Sənan Əliyev (U-8) turnirin üçüncü pilləsində qərarlaşmışdır. Çempionatda komanda üzrə şahmatçılarımız ikinci yeri tutmuşlar. Birinci yerin sahibi isə Rusiya zəka sahibləri olmuşlar.

Çempionat İsveçrə sistemi üzrə doqquz turdan ibarət olaraq keçirilmişdir.

 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ